30 sutka həbs olunan şəxs saxlama məntəqəsində öldü
Paytaxtın Nərimanov rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə bildirilib ki, məhkəmənin qərarı ilə barəsində 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə 4 dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü