30 yaşlı kişi Kürdə batdı
Kürdə batan 30 yaşlı kişinin meyiti tapılıb.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə çayın Yevlax ərazisindən keçən, çox da dərin olmayan hissəsində baş verib.
1991-ci il təvəllüdlü Mehdi Musayevin meyitini Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Məlumata görə meyiti aşkarlanan şəxs müvəqqəti olaraq Göygöl rayonunda məskunlaşan Kəlbəcər rayon sakinidir. Yaxınları Mehdi Musayevin ötən ayın 26-dan itkin düşdüyünü bildirir. Sentyabr ayının 30-u isə doğmalarının müraciətinə əsasən axtarışlarına başlanılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Ehtiram Muradov
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq