30 yaşlı qadın özünü altıncı mərtəbədən atıb
Sumqayıtda 30 yaşlı qadın özünü binadan atıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ərşad Kərimov küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Əliyeva Şəhla Cahid qızı özünü yaşadığı hündür mərtəbəli binanın 6-cı mərtəbəsindən ataraq intihar edib. İntiharın səbəbləri bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Şəhla Əliyeva ailəli olub, 2 övladı var.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu