300 min dollar təklif etdilər satmadım

# 21:04
17 may 2022

Tanınmış vəkil Kamandar Nəsibov ilk eksponatını maraq üçün aldığını deyir.

 

Muzeydə  Yaponiya, İndoneziya, Tayland, Sinqapur, Filippin, Amerika sahilləri və digər məkanlardan olan balıqqulaqları toplanıb.

 

Müsahibimiz deyir ki, elə baqlıqqulaqları var ki, çəkisi 18-19 kiloqramdır, lakin balıqqulaqlarının qiyməti onun ölçüsündən yox, onun nadir nüsxə olmasından asılıdır. Kolleksiyaçının sözlərinə görə, elə eksponatlar var ki, onların ölkəyə gətirilməsi üçün rəsmi icazə də alıb.

 

Kolleksiyanı almaq məqsədi ilə Kamandar Nəsibova 300.000 dollar təklif ediblər. Ancaq onun arzusu Muzeyi vətəndaşlara və turistlərə nümayiş etdirməkdir. İnanırıq ki, növbəti dəfə buranı muzey kimi ziyarət edərik, gələcəkdə ölkəyə gələn turistlər də bu gözəlliyi seyr etmək şansı əldə edərlər...

 

Nərmin Murad

Xəyal İsgəndərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR