300 şagird yerlik məktəb 3 korpusdan ibarətdir

# 16:16
16 sentyabr 2023

Heydər Əliyev Fondunun təhsil istiqamətindəki layihələrindən biri də Salyan rayonunun Şorsulu kəndini əhatə edib. Burada 1926-cı ildə inşa olunmuş N.İbrahimov adına tam orta məktəb istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni təhsil ocağının inşasına ehtiyac var idi. Yeni məktəbin tikintisini üzərinə götürən Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində 2023-2024-cü tədris ili üçün 300 şagird yerlik yeni məktəb istifadəyə verilib. İki mərtəbəli məktəb üç korpusdan ibarət təhsil müəssisəsində 13 sinif otağı, fizika, kimya, biologiya labaratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və labaratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri də görülüb. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR