31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü – OĞUZDA
Oğuzda 31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
APA TV-nin məlumatına görə, hadisə rayonun Dəymədərə kəndində baş verib. Rayonun Sincan kənd sakini, 1990-cı il təvəllüdlü Xasay Şərif oğlu Hüseynov Dəymədərə kəndi ərazisində elektrik dirəyinə çıxarkən onu yüksək gərginlikli elektrik cərəyanı vurub. Xasay Hüseynov aldığı ağır elektroşok xəsarətindən hadisə yerində ölüb.
Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri