32 yaşlı qadının meyiti tapıldı - SALYANDA

# 17:12
3 may 2021

Salyanda 32 yaşlı qadının meyiti tapılıb.

APA TV-nin xəbərinə görə, hadisə Salyan şəhər Xəlil Rza Ulutürk prospekti, bina 6, mənzil 8-də baş verib. Belə ki, bu gün səhər saatlarında həmin ünvanda bir neçə il bundan öncə Cəlilabaddan Salyana gəlin köçmüş, 32 yaşlı Fatimə Yusif qızı Quliyevanın meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Meyit müayinə olunması üçün Salyan rayon Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib:

Mərhumun qaynı Məhəbbət Əliyev deyir ki, qohumu ürəktutmasından dünyasını dəyişib: Saat 3-4-ün yarısı idi belə. İftarımı bağladım yatdım. Gördüm tanışım zəng vurdu, qışqırırdı. Durdum geyindim paltarımı düşdüm gəldim. Divanda oturub, elə oturduğu yerdə, ürəyi sıxılıb də. Çay qabağında, pult əlində”.

Lakin mərhumun anası qızının öldürüldüyünü iddia edir: “Mən uşağımla srağagün danışmışam. Balalarıynan da, özüynən də. Balaca qızı nənə gəl, darıxırıq. Nənə gəl deyirdi. Özü də qız xəstə olsaydı səsindən hiss edərdim. Heç nə. Deyə-gülə danışmışam mən. Mənim uşağımı öldürüblər. Belə iki dünya bir ola, mənim uşağımı öldürüblər”.

Qeyd edək ki, Fatimə Quliyeva 3 uşaq anası idi. Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR