4 gün əvvəl meyiti tapılan şəxs qətlə yetirilibmiş

# 15:33
21 avqust 2023

 Abşeronda 4 gün əvvəl meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi məlum olub. Avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 44 yaşlı Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984­cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Əli Əliyev Ağa Əlizadə APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR