40 ton un yüklü karvan 4 gündür Ağdam-Xankəndi yolunda gözləyir

# 15:13
1 sentyabr 2023

 Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün, Bakıdan yola salınan içərisində ərzaq yükləri olan yük maşınları artıq 4-cü gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir. İçərisində 40 ton un olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısındadır. Əsas məqsədləri Qarabağda yaşayan erməni əsilli vətəndaşlara ərzaq yüklərinin çatdırılması olan, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməni əsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. Emin Babayev, Fəzail Səfərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR