40 yaşlı kişini cərəyan vuraraq öldürüb
Ağcabədi sakinini elektrik cərəyanı vuraraq öldürüb.
Ağcabədi rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, fevralın 6-sı saat 15 radələrində rayonun Şənlik kənd sakini, 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu