47 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
Sumqayıtda bədbəxt hadisə nəticəsində 47 yaşlı kişi ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə fəaliyyətsiz olan Kompressorlar zavodunun söküntüsü zamanı baş verib. 1975-ci il təvəllüdlü Abdullayev Rafiq Fərman oğlunun üzərinə beton parçası düşüb. Hadisə şahidlərinin bildirdiyinə görə, Rafiq Abdullayev metal yığmaq məqsədi ilə söküntü olan əraziyə gəlib. Hadisə bu zaman baş verib. Ağır bədən xəsarətləri alan 47 yaşlı kişi hadisə nəticəsində ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu