5 aydan çoxdur itkin düşən əsgərimizin şəhid olduğu məlum olub

# 11:49
20 aprel 2021

Azərbaycan ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin şəhid olduğu məlum olub.

 

APA TV-nin xəbərinə görə, ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşdüyü bildirilən Hacıqabul rayon sakini  Kərimli Qalası Müslüm oğlunun nəşi tapılıb.

 

Qeyd edək ki, Kərimli Qalası Müslüm oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə  Kərimli “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR