5 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş
Azərbaycanda törədilən dəhşətli cinayıtin üstü açılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, 1999-cu il təvəllüdlü Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın 2017-ci il yanvarın 27-də itkin düşməsi faktına görə Ağsu rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 2019-cu il dekabrın 20-də dayandırılıb.
Bu il martın 7-də iş üzrə icraat təzələnərək istintaq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən davam etdirilməklə istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri keçirilib.
İstintaqla müəyyən edilib ki, 2017-ci il yanvarın 27-dən 28-ə keçən gecə 31 yaşlı Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisə nəticəsində onu öldürüb. Meyiti əvvəlcə Qaraqaşlı kənd qəbiristanlığında gizlədib, yanvarın 28-də saat 22 radələrində isə meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırıb.
Bu il martın 16-da meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb.
Martın 17-də Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən o, törətdiyi əməli etiraf edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi