5 nəfərin yaşadığı ev yandı - APA TV
Astarada ikimərtəbəli ev tamamilə yanıb.
APA TV-nin cənub bürosu xəbər verir ki, rayonun Motalayataq kəndində Əflatun Nəbiyevə məxsus ikimərtəbəli vdə baş verən yanğının söndürülməsi üçün əraziyə Astara Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb, yaxınlıqdakı tikililər mühafizə olunub.
Xoşbəxtlikdən 2-si azyaşlı olmaqla 5 nəfərin yaşadığı evdə yanğın zamanı xəsarət alan olmayıb.
Dam örtüyündən başlayan yanğının qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu