5 yaşlı uşağı alovların içindən çıxartdı - ÖZ CANINI HEÇƏ SAYDI
Bəhruz Salahov 10 ildir ki, xilasedici vəzifəsində işləyir. O, FHN-in xüsusi riskli xilasetmə xidmətinin giziridir. Əslən Yevlax rayonundan olan qəhrəmanımız 4 azyaşlı övladı var. Artıq Bəhruzu bütün ölkə tanıyır. O, öz peşəsini vicdanla icra edən çox az adamdan biridir. Bəhruz Mingəçevirdə baş verən yanğın zamanı yaxın ərazidən keçərkən partlayış baş verdiyini görür və məzuniyyətdə olsa da hadisə olan binaya qaçır.
Bəli! O öz canını balaca Zeynəbin həyatını xilas etmək üçün təhlükəyə atıb.
İndi balaca Zeynəb və anası Aytənin son durumu isə qənaətbəxşdir. Bunu çəkliş qrupumuza Zeynəbin babası bildirdi. O həmçinin nəvəsinin həyatını xilas edən Bəhruz Salahova öz təşəkkürünü bildirdi.
Onun bu fədakarlığı hələ çox gəncə örnək olacaq. Salahovun şücaəti gələcəyin qəhrəman xilasedicilərinə bu yolda mayak olacaq.
Elgün Gəncimsoy, APA TV, Mingəçevir
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu