50 min çinli Xankəndidə nə edir?
Erməni teleqram kanalları Qarabağda yaranan ərzaq növbələri haqda paylaşım edib. Globalinfo.az məlumat yayıb ki, paylaşımda guya Qarabağda insanların çörək almaq üçün növbəyə dayanması və huşlarını itirərək yıxılması əks olunub. “Faktyoxla Lab” araşdırma apararaq fotonun orijinal olub-olmadığını yoxlayıb. Məlum olub ki, foto 2014-cü ildə “Reuters”in müxbiri tərəfindən çəkilib. Növbə isə Çinin Jenzou şəhərində tələbələr üçün təşkil olunan əmək yarmarkasında yaranıb. Sözügedən yarmarkaya 50 minə yaxın tələbə qatılıb. Bu fakt belə Qarabağdakı ermənilərin guya blokadaya alınması və səfalət içində yaşaması haqda iddiaların tam əsassız olduğunu göstərir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi