50 min manatdan çox dələduzluq edən qadın saxlanıldı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayonunda vətəndaşların etimadından sui-istifadə etməklə dələduzluğa yol verməkdə təqsirləndirilən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosu məlumat verir ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının rayon vətəndaşlardan daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunmuş Şəhrizad Məmmədova saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs ümumilikdə 15 vətəndaşdan işlə təmin etmək və pensiya düzlətmək adı ilə 50.000 manatdan çox nağd pul alaraq onlara qarşı dələduzluq edib.
Faktla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu