55 saylı məktəbin yeganə şəhidinə büst qoyulub

# 18:33
28 sentyabr 2021

Bakı şəhəri 55 nömrəli tam orta məktəbdə İkinci Qarabağ Müharibəsi şəhidi Samir Əliyevə həsr edilən büstün açılış mərasimi olub. Tədbirdə şəhidin ailəsi, dostları ilə yanaşı Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri də iştirak edib.

- Mənim arzum yoxdur. Oğlum hamısını özü ilə apardı. Yeganə arzum oğlumun adındadır ki, məktəbə Samirin adını versinlər.

- Çox yaxşı, oxuyan, savadlı oğlan idi. Allah ona rəhmət eləsin. O, əbədidir. Qəlbimizdə yaşayır. Dövlətimizdən razıyıq.

- Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri nurla dolsun. Valideynlərinə səbr diləyirəm. Şəhidlər ölməz. Ölə də bilməz. Hər zaman qəlbimizdə yaşayıb və yaşayacaq da.

Tədbirdə həmçinin məktəblilər Vətənə aid şeir deyib, mahnı oxuyublar.  

Qeyd edək ki, Samir Əliheydər oğlu Əliyev 1999-cu ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə qəbul olduğu 55 saylı tam orta məktəbi qırmızı attestatla bitirib. 2020-ci il, sentyabrın 27-də qatıldığı Vətən Müharibəsində qəhrəmanlıqla savaşıb. Mühasirəyə düşən döyüş yoldaşlarını xilas etmək üçün canından keçərək şəhid olub. O, 55 saylı məktəbin yeganə şəhididir.

Allah rəhmət eləsin!

Mir Çingiz Ağazadə,

Samir Qaragözov,

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR