5775 hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
APA TV xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU