58 yaşlı kişi çayda boğuldu
İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Aşıqbayramlı kənd sakini 1964-cü il təvəllüdlü Zahidov Vaqif Böyükağa oğlu bu gün saat 10:30 radələrində yaşadığı evin yaxınlığından keçən kiçik dağ çayında əlini yumaq istəyərkən ehtiyatsızlıq edib, onun ayağı sürüşərək suya düşüb. Çaya yıxılan kişi köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu