59 yaşlı kişi qonaq getdiyi evdə öldürüldü

# 18:28
4 iyun 2022

Qubada qətl hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, iyunun 3-ü saat 23 radələrində Quba rayon sakini, 59 yaşlı Eldar Hacıyevin rayonun Çartəpə kəndində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 54 yaşlı Kərim Baxışovun yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Eldar Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanıb. Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR