60 yaşlı kişi evini yandırdı
Gəncə sakini evinə od vurub həyat yoldaşını yandırmaq istəyib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin general Məhəmməd Əsədov küçəsində qeydə alınıb. Altmış yaşlı Elşən Qasımov həyat yoldaşı 54 yaşlı Mahirə Dünyamalıyevanın üzərinə yandırıcı maddə töküb.
Qonşuların sözlərinə görə, onlar hadisə baş verən zaman zərərçəkənə kömək edib, ilkin tibbi yardım göstəriblər. Onların sözlərinə görə, Elşən Qasımov psixoloji problemlərdən əziyyət çəkir.
Faktla bağlı artıq Gəncə şəhər baş polis idarəsi tərəfindən araşdırma başlanılıb.
Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmadan sonra məlum olacaq.
Qeyd edək ki, Elşən Qasımov və Mahirə Dünyamalıyeva uzun müddətdir ailəlidir. Onların bu evlilikdən 3 qızı övladı olduğu bildirilir.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu