65 yaşlı kişini cərəyan vurdu - EVİN DAMINA ÇIXIBMIŞ
Gəncədə bədbəxt hadisə baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, sözügedən qəsəbədə evlərin birinin damında təmir işləri görən 1957-ci il təvəllüdlü Tahir Xəlilovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.
O hadisə yerindəcə dünyasını dəyişib.
Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
65 yaşlı kişinin meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV,Goranboy
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu