65 yaşlı şəxsi elektrik cərəyanı vurub öldürdü - BALAKƏNDƏ
Balakəndə 65 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
APA TV-nin məlumatına görə, hadisə rayonunun Hənifə kəndində baş verib.
Belə ki, kənd sakini, 1955-ci il təvəllüdlü Tələt Ramazanov yaşadığı ünvanda texniki işlər aparan zaman onu elektrik cərəyanı vurub.
Ağır xəsarət alan Tələt Ramazanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi