7-ci ən böyük gücə çevrilirik - Səmərqənd görüşü Azərbaycana nə verdi? - APA TV

# 11:03
16 noyabr 2022

Noyabrın 11-i Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü türk dünyası ölkələri üçün yeni iqtisadi üfüqlər açdı.

 

Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan və Azərbaycan dövlət başçılarının iştirak etdiyi görüş dünyanın əsas diqqət mərkəzində idi.

 

Əksər beynəlxalq ekspertlər düşünürlər ki, bu görüşü yeni iqtisadi gücün yaranmasının siqnalı adlandırmaq olar. Bəs bu yeni iqtisadi güc anlayışı özündə nəyi ehtiva edir?  

 

Digər Türk dövlətləri ilə yanaşı, Azərbaycanın yeni yaranan bu perspektivdən qazancı nə olacaq?

 

Deputat Aydın Hüseynovun sözlərinə görə, Azərbaycanın dünya iqtisadiyyatına verdiyi ən böyük töhfələrdən biri uzaq şərqdən Avropaya qədər daşınan yüklərlə bağlı irəli sürdüyü Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi olub.

 

Deputatın fikrincə, Mərkəzi Asiya ölkələri ilə həm sənaye, həm kənd təsərrüfatı, həm də iqtisadi əlaqələrimizi gücləndirmək ölkəmizin inkişafında əsaslı rol oynayacaq.

 

Bu əlaqələrin inkişafı nəticəsində isə Türk ölkələri arasında vahid valyuta sisteminin yaranma ehtimalı yüksəlir.

 

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi birliyi utopik layihə hesab edilən Transxəzər Qaz Kəməri layihəsinin gerçəkləşməsinə, eyni zamanda Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışının təmin olunmasına səbəb ola bilər”.

 

Bunu isə APA TV-yə iqtisadçı-ekspert Pərviz Heydərov deyib. O əlavə edib ki, enerji resurslarından birgə istifadə imkanı həm təşkilata üzv ölkələr, həm də regiondakı digər ölkələr üçün faydalı nəticələr vermiş olacaq.

 

Qeyd edək ki, ötən illə müqayisədə cari ilin ilk 7 ayı Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 50% artaraq, 3 milyard 991 milyon dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR