70 yaşlı rəssam 52 yaşlı gözətçini ÖLDÜRDÜ

# 16:20
5 noyabr 2022

Zaqatalada 70 yaşlı rəssam 52 yaşlı gözətçini qətlə yetirdi.

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Fındıqlı kənd inzibati ərazisində, Fındıqlı kənd sakini 70 yaşlı Qriqoriy Burqandinova məxsus fındıq bağında baş verib.  Qriqoriy Burqandinovla Zaqatala şəhər sakini 52 yaşlı Elxan Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Qriqoriy Burqandinov əlində olan spirtli içki şüşəsi ilə Elxan Xəlilovun baş nahiyəsindən zərbə endirib. Hadisə nəticəsində ağır xəsarət alan Elxan Xəlilov hadisə yerində ölüb. Qriqoriy Burqandinov cinayəti  törətdikdən sonra hadisə yerindən qaçıb. İsti izlərlə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Xəlilovu öldürməkdə şübhəli sayılan Qriqoriy Burqandinov tutularaq istintaqa cəlb edilib.

 

APA TV-nin əldə etdiyi məlumata görə, qətlə yetirilən Elxan Xəlilov Qriqoriy Burqandinovun fındıq bağının yaxınlığında olan başqa bir bağda gözətçi işləyirmiş.

 

Kənd sakinlərinin APA TV-yə verdiyi məlumata görə, qətli törətməkdə şübhəli sayılan Qriqoriy Burqandinov kənddə hamı tərəfindən sevilən insan olub, kəndin xeyrində-şərində, ictimai işlərində  yaxından iştirak edib. O, həmdə rəssamlıq sənəti ilə məşğul olub.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

 

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu  APA. TV. Zaqatala

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR