700 bal yığan Nigara Türkiyədən rektor zəng vurdu
700 bal toplayan Nigarın qəbul olunduğu Ankara Universitetinin rektoru prof. Necdet Ünüvar gələcək tələbəyə zəng edərək ürək sözlərini bildirib. APA TV xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. “Çox yaxşı bir təhsil müəssisəsini seçmisiniz. Ankara Tibb Türkiyənin ən yaxşı ali məktəblərindən biridir. Ankara Universiteti olaraq sizi həyəcanla gözləyirik. Ən gözəl şəkildə təhsil almağın üçün əlimizdən nə gəlirsə, maddi və mənəvi, hər cür dəstək olacağıq”, - Ünüvar qeyd edib. Rektor N. Ağazadənin anasına müraciət edərək “qızınıza qızımız kimi, gözümüz kimi baxacağıq, gözünüz arxada qalmasın” deyib. Nigar Ağazadə də universitetə qəbul olduğuna görə çox xoşbəxt olduğunu, yeni tədris ilinin başlanmasını həyəcanla gözləyədiyini deyib.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)