74 yaşlı kişi diri-diri yandı
Gəncədə yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Nizami rayonunda Şərəfxanlı küçəsində qeydə alınıb. Şəhər sakini 74 yaşlı Tofiq Hüseynova məxsus ümumi sahəsi 400 m² olan birmərtəbəli, altı otaqlı ev yanıb. Yanğın zamanı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb, ev sahibi, 74 yaşlı Tofiq Hüseynov evdə yanaraq ölüb. Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə ev sahibi yataq xəstəsi olub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə bağlı təhqiqat aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV, Gəncə
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu