75 yaşlı kişini maşın vurub öldürüb
Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
Hərəkətdə olan "BMW" markalı minik maşını yolu keçmək istəyən şəhər sakini, 1947-ci il təvəllüdlü Həmzə Yusubovu vurub.
Yaralı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi