77 yaşlı kişi polisə 7 min dəfə zəng etdi, tutuldu

# 13:06
28 fevral 2023

Britaniyanın Horsham şəhər sakininin 2020-ci ilin sentyabr ayından bəri 7 min dəfədən çox polisə və təcili yardıma zəng etdiyi məlum olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, telefona cavab verən operatorları daim təhqir etdiyi üçün həbsxanaya düşüb.

77 yaşlı Rocer Cekson məhkəmə zamanı günahını etiraf edib. 2020-ci ilin sentyabr ayından etibarən təqaüdçü polis və təcili yardım operatorları ilə 400 saat danışıb. Britaniyalı israrla təcili yardım xidmətlərinə zəng edib və operatorları təhqir edib.

Ceksona 3 il 3 ay həbs cəzası verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR