800 boş psixoloq ştatı: Qəbul və maaş barədə nazir müavini danışdı
"Orta məktəblərdə psixoloqlar diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək".
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Diaqnostik qiymətləndirmədə təxminən 3000-ə yaxın psixoloqun iştirakı arzuolunandır: “Hazırda ölkə üzrə əlavə 800 psixoloqa ehtiyacımız var. Ümumtəhsil məktəblərində 2000-dən artıq psixoloq fəaliyyət göstərir. Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əmək haqqının artımı məsələsi nazirlik tərəfindən müzakirə olunan vacib məsələlərdəndir”.
Məktəblərdə - xüsusən də 10-11-ci siniflərdə davamiyyət məsələsinə Təhsil Nazirliyi nəzarət edir. Bu barədə təhsil şöbələrinə, o cümlədən məktəb direktorlarına ciddi şəkildə tapşırıq verilib.
Məhəbbət Vəliyeva dərsə davamiyyətin zəif olduğu məktəblərin direktorları və həmin məktəblərin yerləşdiyi inzibati ərazilərin təhsil şöbələrinin müdirləri barədə ölçü götürüləcəyini bildirib.
Yeri gəlmişkən... 6 günlük dərs rejimi tətbiq edilən orta məktəblərdə Yeni il tətilinin müddəti hələ müəyyən edilməyib. Dərs günlərinin tənzimlənməsi ilə bağlı müzakirələr gedən nazirlikdən bu barədə məlumat veriləcək.
DİGƏR XƏBƏRLƏR
Dövlət Proqramı çərçivəsində aqrar kredit faizlərinin yarısı subsidiyalaşdırılacaq
Xankəndidə su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyəti təmin olunub
“PAŞA Kapital” maliyyə göstəricilərini təqdim edib