82 yaşlı qadın 3-cü mərtəbədən yıxıldı
Bakıda qadın ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb.
APA TV xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında qeydə alınıb.
1940-cı il təvəllüdlü Şəfiqə Əhmədova yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanında paltar asarkən ehtiyatsızlıqdan yıxılıb. Qadın ağır xəsarətlər alıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu