82 yaşlı spikerin səfəri Asiyanı silkələdi: Çin müharibəyə hazırlaşır

# 13:57
2 avqust 2022

Asiyanın Cənub-Şərqində, müharibə təhlükəsi yaranıb.

 

APA TV xəbər verir ki, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana planlaşdırılmayan səfərə hazırlaşması Çin hökumətini qəzəbləndirib. Belə ki, rəsmi Pekin səfər gerçəkləşdiyi halda Tayvana qarşı müharibə elan edəcəyini bildirib. Üstəlik, Çin hökuməti cənub sərhədlərini gücləndirməyə başlayıb. Belə ki, avqustun 2-dən 6-dək Cənubi Çin dənizində hərbi təlimlərə start verilib. Fuzqyan vilayətindən tanklar da daxil olmaqla, hərbi texnikanın olduğu nəhəng karvanlar hərəkət edir. Yerli medianın verdiyi xəbərlərə görə, Çin qırıcıları Tayvan ilə Çin arasındakı boğaza mütəmadi uçuş nəzarəti həyata keçirirlər, eyni zamanda Xiamen şəhərinin meri gözlənilmədən vətəndaşları aktiv qan verməyə çağırıb. O da qeyd olunub ki, bu gündən Fujian əyalətinin sakinlərinə neft və neft məhsullarının tədarükü tamamilə dayandırılıb, hər iki tərəf bomba sığınacaqlarını hazırlayır.

Qeyd edək ki, ABŞ hərbi rəhbərliyi Tayavana qarşı hər hansı hərbi müdaxilə olacağı təqdirdə Çinə qarşı müqavimət göstərəcəyini bildirib. Qərb mediasının yaydığı məlumata görə isə Hind okeanında hərbi fəallıq artıb. Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okeandakı 7-ci donanmasının tabeliyindəki Ronald Reyqan döyüş gəmisi Sinqapurdan Cənubi Çin dənizinə doğru hərəkət edib. Çinin xarici işlər naziri Vanq Yi Pelosinin Tayvana səfərini “qırmızı xətti keçmək” adlandırıb. Səfər baş tutsa, Pelosi "son 25 ildə adaya səfər edən ilk ABŞ Nümayəndələr Palatasının sədri" olacaq. Səfərin baş tutub-tutmayacağı isə hələ də müəmma olaraq qalmaqdadır.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR