87 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Oğuzda yaşadığı evdə təmir işləri aparan 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qumlaq kəndində baş verib. Kənd sakini, 1935-ci il təvəllüdlü Zeynəddin İsmayıl oğlu Ağəmmədov yaşadığı evin dam örtüyünü təmir etmək istəyən zaman ehtiyatsızlıqdan nərdivandan yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 87 yaşlı Zeynəddin Ağəmmmədov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Tozun miqdarı normadan artıqdır – Tozlu hava neçə gün davam edəcək?
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər