9 qoyun oğurlayıb pulları öz aralarında böldülər

# 16:12
18 yanvar 2023

Hacıqabul Rayon Polis Şöbəsinin və DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində rayon ərazisində yerləşən iki fərdi təsərrüfatdan ümumilikdə 9 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məmmədov və Orxan Həsənov saxlanılıblar.

 

Dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanları satdıqlarını və əldə etdikləri pulları öz aralarında böldüklərini bildiriblər.

 

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat zamanı isə rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Haxverdiyev saxlanılıb.

 

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 46 qrama yaxın, evindən isə 2 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR