9 yaşlı Hüseynin yardıma ehtiyacı var - SOS

# 18:53
29 noyabr 2021

9 yaşlı Hüseyn “Beta Talassemiya” xəstəliyindən əziyyət çəkir. Bu gün Hüseynə dəstək məqsədi ilə Nuriyevlər ailəsinin qonağıyıq.

Hüseynin anası Lalə Nuriyeva deyir ki, oğlu 2012-ci ildə anadan olub. Uşağın 6 ayı olanda bilinib ki, “Beta Talassemiya” xəstəliyindən əziyyət çəkir: “Talassemiya Mərkəzində uzun illərdir qeydiyyatdadır. Mütəmadi müalicə alır, qanla təmin olunur. Buna baxmayaraq indi xəstəliyi ağırlaşıb. İlik köçürülməsini məsləhət görüb həkimlər. Hüseynin balaca qardaşının donor olmasını istədik, uyğun olmadı.  İndi Türkiyədə Hüseynə donor tapılıb. Donor xarici vətəndaş olduğundan əməliyyatın xərci 98 min dollar edir. Bir də onu deyim ki, Azərbaycanda ilik köçürülməsi yalnız doğmalardan olur. O üzdən də əməliyyat xarici ölkədə olunmalıdır. Üzümü xalqımıza, imkanlı şəxslərə tutub balamın yaşaması üçün onlardan kömək istəyirəm. Çox xahiş edirəm, balamın yaşamı üçün yardımçı olun”.

Balaca Hüseynin də öz arzusu var: “Yaxşıyam indi, amma qarnımdakı aparat məni incidir. Dərslərimi də yaxşı oxuyuram. Amma aparat ağrıdır. İstəyirəm tez çıxarsınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR