91 şəhidin foto-güşəsindən ibarət abidə kompleksi açıldı

# 16:45
2 noyabr 2022

Səbail rayonunda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 91 şəhidin foto-güşəsi əks olunan “Şəhidlər” abidə kompleksinin açılışı olub.

Abidə kompleksinin açılış mərasimində Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, millət vəkilləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının nümayəndələri, şəhid ailələri və  qazilər iştirak ediblər. Çıxış edən Səbail Rayon İcra Hakimiyətinin  başçısı Vüqar Zeynalov 44 günlük Vətən müharibəsindən sonra qazanılan qələbəyə  görə  Ölkə prezidenti İlham Əliyevə, şəhid ailələrinə və qazilərimizə təşəkkür edib.

 

Açılışda səbailli döyüşçülərin həm Birinci Qarabağ, həm də Vətən müharibəsi zamanı qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan söhbət açılıb.

 

Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorlarının ifasında “Bizə bir nəfəs qədər yaxınsınız” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

Qeyd edək ki, cari ilin 2-ci yarısında abidə kompleksinin tikintisi üçün şəhid ailələrinin təklif və müraciətləri nəzərə alınaraq yeni layihə və memarlıq-arxitektura üslubunda yenidənqurulması ilə bağlı qərar qəbul olunub.

 

Qeyd edək ki,  təbii mərmərdən inşa olunan abidənin hündürlüyü 8.5 metrdir.

 

AYTƏN SAKİTQIZI

ZİYA ALLAHYAROV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR