ABŞ-da UNO təftişi: Son 1 həftədə 4-cü Uçan Naməlum Obyekt vuruldu

# 17:11
13 fevral 2023

Uçan Naməlum Obyektin vurulması ilə bağlı xəbərlər ABŞ mediasının gündəminə çevrilib.

Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, ABŞ qırıcı təyyarəsi ölkənin şimal-qərbində - Kanada hava məkanında, Yukon ərazisi üzərində naməlum obyekti vurub. Obyekt təxminən 12 km yüksəklikdə olub və mülki uçuşlara təhlükə yaradıb. Onun sözlərinə görə, obyekt kiçik ölçülü və silindrik formada imiş

ABŞ səlahiyyətliləri də Kanada sərhədi yaxınlığında naməlum obyekti vurduqlarını və bölgədə radar anomaliyasının olduğunu açıqlayıblar.

Lakin yayılan məlumatlara görə, bu vurulan ilk UNO deyil. Son bir neçə gündə 4 Uçan Naməlum Obyekt vurulub.

İlk analoji hadisə fevralın 4-ü yaşanıb. ABŞ ordusu Cənubi Karolina sahillərində şübhəli kəşfiyyat şarını vurub. ABŞ rəsmiləri iddia ediblər ki, o, bir neçə gün uçub, Çindən gəlib və strateji obyektlərdə baş verənləri izləyib.

Fevralın 10-da isə ABŞ Alyaskanın şimal hissəsində daha bir obyekti vurub. Rəsmilər bildiriblər ki, həmin obyektin heç bir mühərriki və ya idarəetmə sistemi olmayıb. Fevralın 12-si ABŞ qırıcısı Huron gölü yaxınlığında dördüncü hədəfi vurub.

Hadisə ilə əlaqədar bəzi ştatların hava məkanının bağlandığı bildirlir.

Bəs hər kəsi təəcübləndirən, su altında, havada, kosmosda hərəkət eddiyi iddia edilən bu naməlum obyekt nədir? Pentaqonun bu barədə yaydığı bəyanatda deyilir ki, Huron gölü üzərində vurulan obyekt potensial kəşfiyyat imkanlarına görə təhlükəli olub. Obyekt milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən ABŞ hərbi obyektlərinin yaxınlığından uçub.

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Glen VanHerck bildirib ki, son üç obyektin nə olduğunu, onların necə havada qaldığını və ya haradan gəldiyini müəyyən edə bilməyiblər.

Bəzi mənbələrə görə, indiyədək ABŞ-da 510 Uçan Naməlum Obyekt görülüb. Onların əksərinə nüvə obyektlərinin fəaliyyət göstərdiyi və ya nüvə silahlarının saxlandığı ərazilərin yaxınlığında rast gəlinib. Həmin obyektlər pilotsuz təyyarə sistemləri və ya şara bənzər obyektlər kimi təsnif edilir. Obyekt vurulduqdan dərhal sonra onun fraqmentlərini toplamaq üçün ABŞ ordusu və kəşfiyyat xidmətləri növbəti əməliyyata başlayıb. Hazırda onlar xarakterini dəqiqləşdirmək üçün obyektin fraqmentlərini toplayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR