ABŞ İrəvanla Bakı arasındakı danışıqlardan razıdırmı?
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu “Twitter” hesabında Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına toxunulub.
Mətndə bildirilir ki, ABŞ Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına başlamağın vacibliyi ilə bağlı bəyanatını alqışlayır.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında baş tutan telefon danışığını müsbət hal kimi dəyərləndirən Büro prezident İlham Əliyevin sülh danışıqlarına sadiqliyi ilə bağlı son bəyanatını da alqışladığını vurğulayıb.
Qeyd olunub ki, bu həftə ABŞ-ın prosesə yüksək səviyyədə dəstək verməsini müzakirə etmək üçün dövlət katibinin köməkçisinin Qafqaz məsələləri üzrə baş müşaviri Endryu Şoferi regiona səfər edəcək.
Məhəmməd Tağıyev
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?