ABŞ səfirliyi azərbaycanlı işçilərin şərəfinə aksiya keçirib

# 15:55
26 noyabr 2021

ABŞ-ın Azərbaycandakı səfirliyi Diplomatik Xidmətin Xarici İşçilərinin Təqdir Edilməsi Günü çərçivəsində 335 azərbaycanlı işçinin şərəfinə ağacəkmə aksiyası keçirib.

 

Aksiyada ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, səfirliyin yerli və xarici əməkdaşları, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev iştirak edib.

 

Səfir bildirib ki, hər il dünyanın müxtəlif ölkələrində olan ABŞ səfirlikləri yerli heyəti dəyərləndirir: "Bu il biz Bakıdakı səfirliyimizin uğurlu fəaliyyəti üçün töhfə verən və mühüm işlər görən azərbaycanlı həmkarlarımıza öz minnətdarlığımızı ifadə etmək üçün zaman ayırmışıq. Bu il səfirliyin amerikalı heyəti hər yerli işçimizin şərəfinə bir ədəd olmaqla ümumilikdə 335 ağacın əkilməsi üçün ianə edib. Bu ağaclar şəhəri gözəlləşdirəcək, bizim iqlim və ətraf mühiti qorumaq məqsədimizi inkişaf etdirəcək. Bu ağacların əkilməsi bizim məqsədimizə uyğundur. Zeytun ağacları bu region üçün doğmadır və əsrlər boyu yaşayırlar. Eşitmişəm ki, bu ərazilərdə yaşı min illər olan zeytun ağacları var, bu inanılmazdır".

 

Səfirliyin sözçüsü Elis Spensli isə açıqlamasında budəfəki ağacəkmə kompaniyasının digərlərindən fərqli və xüsusi olduğunu bildirib: “ABŞ hökuməti dünyadakı bütün səfirlik işçiləri üçün belə minnətdarlığımızı bildirən ağacəkmə kompaniyası keçirir. Ancaq bu il xüsusi olaraq ancaq Azərbaycan üçün, bütün azərbaycanlı işçilərin sayına ağaclar əkildi. Bir səfirlik sözçüsü kimi deyə bilərəm ki, bu günün bizə xüsusi əhəmiyyəti var”.

 

Sonda isə Səfir Li Litzenberqer xatirə lövhəsi qarşısında çıxış edərək bir daha azərbaycanlı əməkdaşlara minnətdarlığını bildirib.

 

 

Fuad Sadıqov,

Kamran Namazov,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR