Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib – APA TV
Abşeron rayonunda bıcaqlanma hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb.
Olay Fatmayı kəndində qeydə alınıb. 1994-cü il təvəllüdlü Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlər alaması barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdlü Quliyev Eynulla Bəhlul oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə Eynulla Quliyev ilə Arzu Rəhimova qeyri rəsmi münasibətdə olublar. İddiaya görə görə, onlar Fatmayi kəndinə gəliblər. Bu zaman aralarında mübahisə yaranıb. Eynulla Quliyev üzərində gəzdirdiyi bıçaqla Arzu Rəhimovaya maşında xəsatlər yetirib. 29 yaşlı qadın aldığı zərbələr nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. Xədicə Səxavət
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi