Abşeronda avtomobil yük maşınının altında qalıb
Abşeron rayonu ərazisində, Saray-Novxanı yolunda ağır yol qəzası baş verib.
APA TV xəbər verir ki, hadisə "VAZ" dairəsi kimi tanınan ərazidən Saray istiqamətinə gedən yolda qeydə alınıb.
"Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Avtomobil qoşqunun təkərləri altında qalıb. Avtoqəza nəticəsində avtomobildə olan sürücü və sərnişin ağır xəsarət alıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU