Abşeronda dəhşətli qətl: ATA ÖZ OĞLUNU ÖLDÜRDÜ

# 11:15
20 iyun 2022

Abşeronda kişi oğlunu öldürüb.

 

Abşeron rayon Prokurorluğundan APA TV-yə verilən xəbərə görə, iyunun 19-u saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhər sakini, 35 yaşlı İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin atası, 55 yaşlı Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR