Abşeronda düzgün parklanma etməyən sürücülərə qarşı reyd təşkil olunub
Abşeron rayonunun Xırdalan şəhərində Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobillərini yol kənarlarında düzgün parklanma etməyən sürücülərə qarşı reyd təşkil olunub.
APA TV xəbər verir ki, qaydaları pozan sürücülər cəzalandırılıb. Hətta reyd zamanı yol polisinə müqavimət göstərən bir nəfər barəsində isə inzibati qaydada həbs cəzası verilib.
Bundan əlavə reyd zamanı avtomobillərini düzgün parklanma yerində saxlamayan sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Abşeron rayonu ərazisində bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu