Abşeronda qanunsuz tikintinin qarşısı ALINDI
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintinin qarşısını alıb.
FHN-dən APA TV-yə verilən xəbərə görə, Agentliyin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində Binəqədi-Novxanı yolunun yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin həyata keçirilməsi faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Abşeron Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikilməkdə olan qanunsuz obyekt sökülüb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu