Abşeronda sexdə partlayış baş verib
Abşeronda sexdə partlayış olub.
Partlayış Abşeron rayonu, Novxanı yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiyaların emalı sexində baş verib. Partlayış yanğınla müşahidə olunub.
Hadisə nəticəsində xəsarət alan 36 yaşlı Fərrux İbrahimov təcili tibbi yardımla Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin stabil olduğu bildirilir.
Hadisə yerinə cəlb olunan FHN-in Yanğından Mühafizə Bölmələrinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb, yanğın söndürülüb.
İlkin məlumata görə, xəsarət alanlar var.
DİGƏR XƏBƏRLƏR
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub