Abxaziyada keçirilmiş qondarma "parlament seçkiləri"ni tanımırıq - XİN

# 10:59
14 mart 2022

Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.


APA TV-nin xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri" ilə bağlı açıqlamasında deyilir.


Bildirilir ki, Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR