Açılmayan SSRİ arxivi və “KQB”planı – Aleksanyan: “Ədalət üçün hər şey edəcəm”

# 10:03
2 mart 2024

Ermənistan və erməni lobbisinin dəstəyi ilə bir neçə ölkədə “Sumqayıt hadisələri”nə aid tədbirlər keçirildi, ölənlər anıldı, zərbaycanlılar isə hədəf alındı. Ermənistan Xarici İşlər Nazirliyi Sumqayıt hadisələri ilə bağlı Azərbaycana qarşı bəyanat irəli sürdü. Yəni ki, həm erməni ictimaiyyəti, həm də hökuməti hadisələrdə azərbaycanlıların əlinin olduğunu iddia etməkdə davam edirlər. Azərbaycan XİN dərhal rəsmi İrəvanın iddialarına cavab verdi. Xatırladaq ki, SSRİ Baş Prokurorluğu baş vermiş hadisə ilə bağlı cinayət işi açıb, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların siyahısı hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir. 2014-cü il Eduard Qriqoriyanın sosial şəbəkələrdə fotoları paylaşıldıqdan sonra izinə düşülüb və 2015-ci ildə Azərbaycanın Baş Prokurorluğu onun Cinayət Məcəlləsinin milli və irqi hüquq bərabərliyinin pozulma, kütləvi iğtişaş, xüsusi amansızlıq və zorlamaqla əlaqədar qəsdən adamöldürmə, bir qrup şəxs tərəfindən zorlama maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək "İnterpol” xətti ilə axtarışı elan edilib. Media araşdırmalarına görə, Sumqayıtda törətdiyi ağır cinayətlərə görə cəzadan yayına bilən Eduard Qriqoryan Ermənistandan Rusiyaya gedib. O, Moskva vilayətinin Sergeyev Pasat şəhərində yaşayıb daha sonra Stavropol diyarının Koçubeyovka rayonuna köçüb. Bəs görəsən, Qriqoryanı azadlığa buraxmaq və müdafiə etmək kimlərin marağındadır, Ermənistan bu məsələyə görə, arxivləri niyə indiyədək niyə açmayıb, rəsmi İrəvan bu məsələdə niyə maraqlı deyil, “qondarma erməni soyqırımı” kimi, “Sumqayıt hadisələri” ilə bağlı araşdırılmaların aparılması kimlərə sərf etmir, kimi müxtəlif suallar hələ də açıq qalmaqdadır. APA TV-yə açıqlama verən erməni bloger Natali Aleksanyan deyib ki, illərdir erməni xalqına deyilən yalanlar azərbaycanlılarla, erməniləri bir-birilərinə düşmən edib. O vurğulayıb ki, Sumqayıtda baş verənlərin günahkarları gizlədilməkdədir... Siyasi şərhçi Tural İsmayılov da bildirib ki, Sumqayıt hadisələri qəsdlə törədilmiş hadisədir və məqsəd xalqlar arasında nifaq toxumu əkmək olub. O əlavə edib ki, Ermənistan rəhbərliyi azərbaycanlıların ölkədən deportasiyası ilə bu prosesə təkan verib Siyasi şərhçinin fikrincə, Ermənistan arxivlərin açılmasına ona görə imkan yaratmır ki, həmin hadisələrlə bağlı başqa faktlar da ortaya çıxacaq. Xatırladaq ki, SSRİ Baş Prokurorluğunun Sumqayıtda baş verənləri araşdırmaq üçün hadisələrdən bir gün sonra Azərbaycana göndərdiyi xüsusi mühüm işlər üzrə müstəntiqi Vladimir Kaliniçenko 2018-ci ildə APA-ya müsahibəsində Eduard Qriqoriyan barədə bunları demişdi: Sitat: "Bildiyiniz kimi, mən o zaman zorlama və qətl cinayətlərinin araşdırılması ilə məşğul olurdum. Mejlumyan bacıları zorlanmışdı. Həmin epizod üzrə Eduard Qriqoryan adlı erməni istintaqa cəlb olunmuşdu. Təbii ki, zərərçəkmişlərlə üzləşdirilən zaman onu tanıdılar. Qriqoryanın həbs edilməsi ilə bağlı qətnaməni mən özüm çıxartmışam. Onun iğtişaşçılar arasında olduğu istintaqla sübut olunub. Onu da qeyd edim ki, Qriqoryan adi iğtişaşçı deyildi. O, iğtişaşların orta səviyyədə təşkilatçılarından hesab olunurdu. Mən, Sumqayıt hadisələri ilə bağlı Azərbaycanda olduğum müddətdə şəxsən həbs qətnaməsi çıxardığım 5-6 nəfər olub. Sitatın sonu Müsahibədə o da bildirilib ki, həbs olunmuşlardan biri də məhz Qriqoryan idi və onun həbsi edilməsi ilə bağlı kifayət qədər sübutlar var. Həm də Qriqoryan bir deyil, bir neçə maddə ilə ittiham olunub. Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR