ADPU-nun kollecinin tələbəsi yol qəzasında ölüb
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) nəzdindəki kollecin tələbəsi avtomobil qəzasında ölüb. APA xəbər verir ki, bu barədə kollecin “Facebook” səhifəsində paylaşım edilib. “ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avto-qəza nəticəsində həyatını itirib. Tələbəmizin zamansız vəfatından məyusluğumuzu bildirir, ailəsinə səbr arzulayırıq. Allah rəhmət eləsin!”,- deyə paylaşımda bildirilib.
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi