Afət Fərmanqızının əri ilə bağlı qərar verildi
Tanınmış müğənni Afət Fərmanqızının həyat yoldaşı, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Mamed Nanacanov sərbəst buraxılıb.
Bu barədə APA TV-yə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hazırda onun barəsində olan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Müğənni Afət Fərmanqızı APA-ya açıqlamasında bunu təsdiq edib. O bildirib ki, həyat yoldaşının Xəzər rayon Polis İdarəsi tərəfindən saxlanılması ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib: “Cənab nazir bundan sonra məsələyə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göstəriş verdi. Hazırda işlə bağlı obyektiv araşdırma aparılır. Diqqət və qayğıyla bağlı cənab nazirə təşəkkür edirəm".
Afət Fərmanqızı bu məsələ barədə qeyri-dəqiq məlumatlar dərc edən KİV-dən şikayət edəcəyini də bildirib.
Qeyd edək ki, Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu